Ru
19:46 / 09 Oktyabr 2026

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU
Eye

Fransa hakimiyyəti Nigerin ölkədəki səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək ölkədən çıxarıb.


"Bakupost" xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Niger kəşfiyyatının nümayəndələri olan hər iki əməkdaş sentyabrın ortalarında ölkədən çıxarılıb.

İki ölkə arasında münasibətlərin mürəkkəb olmasına baxmayaraq, onlar Parisdə fəaliyyət göstəriblər.

Fransa hakimiyyəti ikitərəfli əməkdaşlığın olmaması səbəbindən həmin şəxslərin ölkədə qalmasını əsassız hesab edib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar