Fransanın “Le Monde” qəzeti Türkiyənin Afrikada, xüsusilə Malidə artan təsirindən bəhs edən məqalə yayımlayıb.
Bakupost.az xəbər verir ki, nəşr Fransa və Rusiyanın Afrika qitəsində təsirinin zəiflədiyi bir dövrdə Türkiyənin Malidə “səssiz, lakin dərin” şəkildə strateji mövqeyini gücləndirdiyini qeyd edib.
Məqalədə Ankara ilə Bamako arasında ticarət dövriyyəsinin son 10 ildə 3 dəfə artdığı vurğulanır. Bildirilir ki, Türkiyə Malidə əsasən müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə aktiv fəaliyyət göstərir.
Qəzet yazır ki, Mali hökuməti bir sıra ölkələrlə əməkdaşlıq etsə də, bu prosesdə Türkiyə önə çıxır. “Onlar səssiz, lakin strateji şəkildə irəliləyirlər. Mali üçün Türkiyə pilotsuz uçuş aparatları, hərbi texnika və təlim sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib. Türk özəl təhlükəsizlik şirkətləri də ölkədə fəaliyyət göstərir. İki ölkə arasında onlarla saziş imzalanıb”, – deyə məqalədə qeyd olunur.
Bahar Babaşova, BakuPost