Fransa polisi Liondakı "Pourquery" qızıl emalı zavodunun laboratoriyasından 300 kq-dan çox qiymətli metal oğurlayan quldurları yaxalayıb.
Bakupost.az xəbər verir ki, quldurlar 28 milyon avro dəyərində qiymətli metallar oğrulardan birinin mənzilində aşkar edilib.
 
Hadisə ilə bağlı 6 nəfər həbs edilib. Onlar mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunurlar.
Oğurluq hadisəsi oktyabrın 30-da baş verib. Quldurlar partlayıcı maddələrdən istifadə edərək laboratoriyanın şüşələrini sındırıblar. Silahlı soyğun zamanı zavodun 5 işçisi yaralanıb.