Fransada həftə başından bəri ölkə miqyasında yayılan lisey etirazlarında gərginlik pik həddə çatıb.
Təhsil şəraiti, siniflərin həddən artıq dolu olması, müəllim çatışmazlığı və uzun dərs saatlarına etiraz edən şagirdlərin nümayişləri zamanı polislə toqquşmalar yaşanıb.
“Bakupost” xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, aksiyalar zamanı ölkə üzrə ümumilikdə 625 nəfər saxlanılıb.
Gərgin keçən etirazlar zamanı tələbələr, məktəb əməkdaşları və hüquq-mühafizə orqanı əməkdaşları olmaqla toplam 202 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Parislə yanaşı, Lill, Bordo, Lion və Marsel kimi böyük şəhərlərdə də şiddətlənən nümayişlərin qarşısını almaq üçün təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib.
Hökumət nümayəndələri yaranmış gərginliyi səngitmək və şagirdlərin tələblərini dinləmək üçün xüsusi müzakirə platforması yaradılacağını açıqlayıblar. Lakin etirazçıların küçə aksiyalarını davam etdirmək niyyətində olduğu bildirilir.
Bilal
BakuPost