Ru
16:17 / 08 Dekabr 2025

Fransada təyyarə qəzaya uğradı – 4 nəfər həlak oldu

Fransada təyyarə qəzaya uğradı – 4 nəfər həlak oldu
Eye

Dünən Fransanın cənubundakı Aryej bölgəsində təlim təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həyatını itirib. Rəsmi məlumatlara görə, qurbanların hamısı Fransanın Mülki Aviasiya Məktəbinin (ENAC) üç tələbəsi və bir uçuş müəllimidir.

Bakupost.az Fransa mediasına istinadən xəbər verir ki, ölkənin nəqliyyat naziri Filip Tabaronun sözlərinə görə, "Robin DR400" tipli tək mühərrikli təyyarə Sen-Jiron-Antişan aerodromuna eniş hazırlığı zamanı radarlardan itib. Həyəcan siqnalından sonra başlayan axtarışlarda təyyarənin qalıqları Pireneylərin çətin keçilən dağ massivində, təxminən 1200–2000 metr yüksəklikdə tapılıb.

Prokuror Olivye Muyset bildirib ki, ölənlər arasında: 25 yaşlı instruktör pilot və 21 -18 yaşlı üç pilot tələbə olub.

Qəzanın səbəbi hələlik naməlumdur. Prokurorluq texniki ekspertiza, hava şəraiti analizi və uçuşun son dəqiqələrinə dair məlumatların toplanması üçün istintaqa başlayıb. Ərazinin əlçatmaz olması səbəbilə xilasedici əməliyyatların çətin keçdiyi bildirilir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar