Ru
18:37 / 23 Sentyabr 2026

Fransadan Martin Ryanın əfv edilməsi qərarına REAKSİYA

Fransadan Martin Ryanın əfv edilməsi qərarına  REAKSİYA
Eye

Fransa Martin Ryanın əfv edilməsi qərarını alqışlayır.

"Bakupost" xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyindən bildirilib.

Fransa XİN bunu münasibətlərin normallaşması istiqamətində atılan addım kimi qiymətləndirib.

"Bu, Fransanın alqışladığı humanitar bir jestdir", - qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv olunub.

Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Ryan Martin Riçard Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 16 mart tarixli hökmü ilə 10 il müddətinə məhkum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar