Fransanın cənubunda Od departamentində meşə yanğınları iki gündür davam edir. Yanğının əhatə etdiyi ərazi 16 min hektarı ötüb.
Bakupost.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ən azı 25 yaşayış evi yanıb, 35 avtomobilə ziyan dəyib. Regionda elektrik enerjisinin verilişi dayandırılıb. Rəsmi qurumların açıqlamasına əsasən, həkimlər bir nəfərin həyatını xilas edə bilməyib.
"13 nəfər xəsarət alıb. Onlardan ikisi mülki şəxs, 11-i isə yanğınsöndürəndir. İki nəfərin vəziyyəti kritikdir. Hazırda üç nəfərin itkin düşdüyü bildirilir", – məlumatda qeyd olunub.
Bundan əlavə, bir neçə kiçik kəndin sakinləri təxliyə edilərək 13 müvəqqəti yerləşdirmə mərkəzinə köçürülüblər.
Yanğının söndürülməsi üçün əraziyə təxminən 2 min yanğınsöndürən, hərbi bölmələr və bir neçə təyyarə cəlb olunub.
Lalə,
BakuPost