Ru
12:57 / 22 Oktyabr 2026

Fransanı indi də leysan vurdu: 3 nəfər öldü - VİDEO

Eye

Fransanın cənubunda şiddətli yağışlar genişmiqyaslı daşqınlara səbəb olub.

"Bakupost" xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

Məlumata görə, minlərlə ev elektrik enerjisiz qalıb və bəzi ərazilərdə suyun səviyyəsi görünməmiş səviyyəyə çatıb. Nəticədə ən azı üç nəfər ölüb, bir nəfər yaralanıb.

86 və 26 yaşlı iki qadın Lanson-Provans kommunasında bir evin zirzəmisində boğulub. 75 yaşlı başqa bir nəfər isə Sen-Mitre-le-Rempartsda baş verən fırtına zamanı ölüb.

Fırtına həmçinin əhəmiyyətli maddi ziyana səbəb olub. Yolları və dəmir yollarını bağlayıb, elektrik xətlərini və telefon xətlərini zədələyib.

Qeyd edək ki, Fransada genişmiqyaslı aksiyalar davam edir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar