Ru
21:06 / 30 İyul 2026

Fransanın Martin Rayan məsələsinə dair bəyanatına Rəsmi Bakıdan etiraz

Fransanın Martin Rayan məsələsinə dair bəyanatına  Rəsmi Bakıdan etiraz
Eye

“Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və ölkəmizə qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edirik”.


"Bakupost" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində qeyd edilib.

Bildikrilib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycanın qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib.

“Apelyasiya instansiyasının qərarı da Azərbaycanın qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.

Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycanın qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.

Fransa tərəfini Azərbaycanın suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırırıq”, - deyə qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar