Ru
16:48 / 25 İyul 2025

Rusiyada azərbaycanlı milyarderin şirkətinə basqın edildi - FOTO

Rusiyada azərbaycanlı milyarderin şirkətinə basqın edildi - FOTO
Eye

Rusiyada neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətində axtarışlar aparılıb.

Bakupost.az xəbər verir ki, bu gün səhər saatlarında Moskvadakı Lujnikidə yerləşən şirkətin ofisinə Rusiya Qvardiyasının "SOBR" xüsusi təyinatlıları və istintaqçılar daxil olub. Onlar sənədləri müsadirə edib və əməkdaşların binanı tərk etməsinə icazə verməyiblər.

Qeyd edək ki, “Railgo” şirkəti azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsusdur.

Rəhman Xəlilov “ISR Holding”in sahibi, milyarder İskəndər Xəlilovun oğludur. O, 1977-ci ildə Bakıda anadan olub. Rəhman Xəlilov iş adamı və xeyriyyəçidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olub.


Aysel, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar