Ru
23:01 / 07 Aprel 2026

Futbol əfsanəsi vəfat etdi

Futbol əfsanəsi vəfat etdi
Eye

Keçmiş “Zenit” klubunun baş məşqçisi, rumıniyalı mütəxəssis Mirça Luçesku vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Roşu məlumat yayıb.

Məlumata görə, təcrübəli məşqçi 80 yaşında dünyasını dəyişib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Mirça Luçesku Avropa futbolunun tanınmış simalarından biri olub. O, karyerası ərzində Ukraynanın “Şaxtyor Donetsk”, Rusiyanın “Zenit” klublarını çalışdırıb, həmçinin Rumıniya və Türkiyədə də bir sıra komandalarla uğurlar qazanıb. Luçesku xüsusilə “Şaxtyor”la qazandığı titullar və Avropa Liqasındakı uğurları ilə yadda qalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar