Ru
23:23 / 05 İyun 2026

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - VİDEO

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik -  VİDEO
Eye

Gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişikliyi edərkən pilotsuz uçuş aparatı (PUA) ilə ilk zərbə endirilib.


Bakupoat az İTV-yə istinadla xəbər verir ki, bu barədə dron hücumu edilən gəmidən sağ çıxan azərbaycanlı danışıb.

“Gəmimiz hücuma məruz qaldı. Dron vasitəsilə ilk zərbə gəminin kapitanı Rəcəb Əhədov və üçüncü kapitan Məhəmməd Əliyev növbə dəyişərkən vuruldu. Biz nə qədər kömək etməyə çalışsaq da, buna nail ola bilmədik”, – deyə o bildirib.

Onun sözlərinə görə, bundan sonra gəminin mühərrik hissəsinə ardıcıl olaraq daha üç zərbə endirilib.

“Ardınca üç dəfə də gəminin mühərrik hissəsinə zərbə vuruldu. Onları heç cür xilas edə bilmədik. Orada qaldılar”, – hadisə şahidi qeyd edib.

Xatırladaq ki, iyunun 5-nə keçən gecə Azov dənizində azərbaycanlıların olduğu xarici gəmiyə dron hücumu olub. Hadisə zamanı 5 nəfər Azərbaycan vətəndaşı həyatını itirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar