Ru
11:47 / 11 Noyabr 2021

"Gənc kadrların sayı artacaq, müəllim çatışmazlığı olmayacaq” - Ekspert

2666
Pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50 % artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.​

Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Təhsil eksperti Nadir İsrafilov Bakupost.az -a açıqlamasında bildirib ki, son illər ölkədə müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır:



"Əgər desək ki, son illər Azərbaycanda müəllimyönümlü siyasət yürüdülür – yanılmarıq. Gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləğinin artırılması da atılan növbəti mühüm addımlardan biridir. Kompensasiyanın məbləğinin artırılması kənd rayonlarındakı orta məktəblərə işə qəbul olmaq istəyən müəllimlərin sayını artıracaq. Nəticədə də kənd rayonlarındakı məktəblərdə dərs deyən gənc kadrların sayı artacaq, müəllim çatışmazlığı problemi olmayacaq".

N. İsrafilovun dediyinə görə, son beş ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub:


"500-dən çox bal toplayan abituriyentlərin 25 faizi ​müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir. Ötən müddətdə 150 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçib. Onların dərs yükü norması 1,5 dəfə, əmək haqqları 2 dəfə artırılıb. Təhsil sistemində əmək haqqının artımı davamlı və sistemli xarakter daşıyır. Hesab​ edirəm ki, bu proses bundan sonra da uğurla davam etdirilməli, xüsusilə də gənclərin kənd məktəblərinə cəlb olunması yolu ilə reqionlarda və ucqarlarda müəllim defisiti problemi aradan qaldırılmalıdır”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər