Ru
22:07 / 13 Oktyabr 2025

Gəncədə qəza: 3 nəfər xəsarət aldı

Gəncədə qəza: 3 nəfər xəsarət aldı
Eye

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Chevrolet”-ə arxadan çırpılıb.

Zərbənin təsirindən “Chevrolet” yol kənarındakı ağaca dəyib.

Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən “Chevrolet” Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar