Ru
23:36 / 20 May 2026

Gənclər buna görə evlənmək istəmir - Ekspert

Gənclər buna görə evlənmək istəmir - Ekspert
Eye

Son vaxtlar Azərbaycanda toylar öz mahiyyətindən uzaqlaşıb, daha çox dəbdəbə və şouya çevrilib. Bu isə həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan insanlara və cəmiyyətə mənfi təsir göstərir. Dünyanın bir çox sivil ölkəsində toylar 50–60 nəfərin iştirakı ilə sadə formada keçirilir.

Bakupost.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı toyların dəbdəbəli keçirilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, toyun mahiyyəti ailə qurulmasının qeyd olunmasıdır:

“Toy şou və ya konsert deyil, dəbdəbə və zənginlik nümayişi və ya insanları borc və kreditə salan mərasim də olmamalıdır. Gənclər yüksək toy xərclərini ödəyə bilmədikləri üçün evliliyi təxirə salmaq məcburiyyətində qalır. Buna görə də sadə və az xərcli toylar keçirilməlidir, çünki toy mənəvi dəyərlər üzərində qurulmalıdır. Bu mərasim pul xərcləmə yarışı və ya göstərişə çevrilməməlidir, əks halda bu yanaşma həm ailələrin qurulmasında, həm də maddi vəziyyətdə ciddi problemlər yaradır. Bu səbəbdən toylar yalnız nikahın rəsmiləşməsi və ailə qurulmasının qeyd olunması kimi, ən yaxın insanların iştirakı ilə — oğlan və qız tərəfdən ümumilikdə 50–60 nəfərdən çox olmamaq şərti ilə keçirilməlidir”.

Sosioloq vurğulayıb ki, yaxın qohumların, bir neçə dostun, qonşunun və iş yoldaşının iştirakı ilə sadə toyların keçirilməsi daha məqsədəuyğun olar. Belə mərasimlərdə artıq və lazımsız xərclər, “şou” və pul tələləri yığışdırılmalı, nikahın rəsmiləşməsi, təbriklər, sadə süfrə və bir az musiqi-rəqs kifayət etməlidir, çünki toya yazılan pullar da çox vaxt yeni ailəyə dəstək yox, müxtəlif xidmət sahiblərinin qazancına çevrilir.

Elçin Bayramlı qeyd edib ki, Azərbaycan toylarının ənənəvi forması əslində sadə olub:

“Ailənin qurulması yaxın insanların iştirakı ilə keçirilən bir mərasim idi, buna görə də son 20–30 ildə formalaşan bu şou və biznes xarakterli modeldən imtina edərək ənənəvi və sadə qaydalara qayıtmaq daha düzgün olar”.

Şərhlər
  • heyat zulum

    hem is yohdu hem normal.biri qalmayb bezileri cxmagla

  • Rakeş Vahidov

    Salam əsas Maddi problemlərdir və mən ailəliyəm 2 övladim var çox çətindir dolanmağa üstəlikdə ev problemi dövlət ailələrə kömək etmir ev və ya mənzil məsələsində iş yoxdur hərşəy baha geyim ərzaq kamunal nəqliyyat toydakı əslində qohum əqrəb yaxınlar olsa daha yaxşidir yuxarıda sadaladıqlarım həll olsun sonra toy barədə danişilar uşaq pulu versin dövlət oda yoxdu uşaq pulu verilmir beləliklə Azərbaycanda əhali sayı azalacaq onsuzda azdi əhali təhsil berbat universitetə repititer ve s gənclər necə ailə qursun xaricə koçənlər orda ailə quranlarda artır sayı bizdə əhali əgər azalırsa 20 yaş 40 yaş arası deməli əhali qocalır və ona görədə sosial odəniş olmadığına və az olduğuna görə pensiya yaşi qalxır və iş yerləri məhduddur və 400 manatdır ailə necə dolansın bu suala dövlət rəsmiləri cavab verməli və əhalinin sosial iqtisadi rifahının yaxşi olmasina çalişmali 40 yaşdan yuxarı işə götürmürlər elanlara baxın da bəs vetəndaş 65 yaşa qədər nə yesin

  • (Anonim)

    bunun Ümumiyyətlə qabağını almaq üçün zidd qanun tələb olunmalıdır.Onuda hec vaxt etməzlər. Əlavə olaraq toylara verilən məbləğlər + qoyulan pullar haxırlanan tamata mahnı şeiryat kamera və s. kimi şeylər artıq nomallaşıb və olunmalıdır

  • Tahir Abdullayev

    Mən də toya ancaq qohum- qardaşı dəvət etmək tərəfdarıyam , yoxsa kimi tanıyırlar toya dəvət edirlər- nə qonaqlar bəyi tanımır nə də bəy onları. Bu isə əsl bayram deyil-bəhsə-bəsdir. Ancaq gənclər üçün əsas əsas problem evdir, iş problemidir . Ailəni necə dolandırsın? Bundan danışın. Yoxsa yuxarıdan problemi öz üstlərindən atmaq məqsədi ilə gündə bir şey fikirləşib , beləsini salırlar ortaya ki, çıx belə danış! Ayıbdı belələrinə!!

  • Sıradan bir vetendaş

    Toyların debdebeliyini gündeme soxmayınee, iş yoxdur Azerbaycanda...prezidentden tutmuş nazir ve memurlara qədər...Allab belavizi versin.. ölüb yerə girmirsiz ki, neft ölkezinde en aşagi əmək haqqi 400 manatdi...400 manat bir körpenin ayliq rasxodunu qarsilamiree...yetkin insan 400 manatla yada 600 manatla hem YOL PULUSUNU,HEM AİLESİNİN DOLANİŞIĞINİ, HEM KAMUNALİNİ VE SAİR EHTİYACLARİNİ MƏS: EYER EVİ YOXSA KİRAYE HAQQİNİ ,GEYİMİNİ VE SAİRE EHTİYACLARİNİ NECE ÖDESİN???? HAL HAZİRDA DAGİLAN AİLELERİN 90-95 FAİZİ DEMEK OLAR Kİ KASİBCİLİGDAN DAGİLİR...AZƏRBAYCAN RESPUBLİKASININ VETENDAŞI OLDUGUMA GORE UTANMİRAM AMMA BELE BİR DOVLET BASCİSİ VE BELE BİR NAZİR MEMURLARİN XİDMET ETDİYİ OLKENİN VETENDASİ OLDUGUM UCUN UTANİRAM.. MEN DUNYANİN HEC BİR YERİNDE ÖLKEMLE FEXR EDE BİLMEREM... DÜŞMEN ÖLKE OLAN ERMENİSTANDA BELƏ UŞAQ PULU VERİLİR... SİZ NİYE ÖLMÜRSÜZ BES?

  • Heydər Əskərov

    Məsələyə iqtisadi səmərəlilik baxımından yanaşsaq, toy formatının konseptual olaraq dəyişdirilməsi zəruridir. Ağır və bahalı iaşə xidmətləri əvəzinə, daha sadə – furşet üslublu (ayaqüstü qəlyanaltı, desert və içki təqdimatı ilə) mərasimlərin təşkili ilkin xərcləri minimuma endirə bilər. Belə bir model tətbiq olunarsa, toya dəvət olunan qonaqların maddi dəstəyi (nəzir/hədiyyə fondu) toy sahibinin xərclərini bağlamaqla qalmır, həm də gənc ailənin gələcək mənzil və ya digər fundamental ehtiyacları üçün ciddi bir start kapitalına çevrilir. Nəticə etibarilə, toy mərasimləri kommersiya xarakterli və borc yaradan bir yük olmaqdan çıxıb, gənclərin müstəqil həyata addım atması üçün real bir sosial yardımlaşma platformasına çevrilə bilər

  • Maria remark

    Əsas ev problemi. Sonra geline alınan qızıllar. Belə getsə oğlum da subay qalacaq. Heç is də yoxdur

  • Quliyev Samir.

    Genclerin 1nomreli problemi evdir hec onu deyen yoxdu. Qaldiki adam sayina 400 500neferde cagirmaq olar bu problem sayilmir. Esl prablem kenarda qalib adam sayini prableme c2viribler. Toy oz xercini cixardir gelen pulunu yazir. Ama gel ev problemi ile maraqlanaq 25 yasli genclerin 10000neferden 1nin evi olacaq yada hec olmayacaq

  • İlham Oruclu

    Mən şəxsən hörmətli sosioloq Elçin Bayramlının bu fikirlərinin tam tərəfdarıyam və dəstəkləyirəm!

  • VİDADİ

    Təliflərinmaraqlıdır.bəs toylara çox adamınağrılmasının səbəbini kimaraşdıracaq? Gnclərin gec evlənməsinin.boşanmaların çoxalmasının əsas səbəbi ölkədə insanların maddi və sosial durumunun aşağı olması. işsizlik.mətbuat şouları (televiziy,ətraf mühit) ölkədə günü-gündən yaranan psixoloji gərginlik. maaşlarn aşağılığı və sair problemlərdir.Toyun dəbdəbəli keçirilməsi hər kəsin imkanlarına bağlıdır və buna məhdudiyyət qomaq insan azadığını məhdudlaşırmaqdır.Odur ki.əsas madi və sosioloji problemlərin həllinə yönəlik dövlət proqramı olmalı və icra olunmalıdır.

  • Amil Əhmədov

    çox düz deyirsiniz Elçin müəllim

  • Mən

    Gəncələr iş tapa bilmədiyinə görə,ailəsini həyat yoldaşını,gələcəkdə doğulan övladlarınınnməişət qayğılarını ödəyə bilməyəcəyinə görə evlənmək istəmirlər.Onların işsizlik problemləri həll olunsaydı,dövlət tərəfindən qayğı görsəydilər evlənərdilər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar