Ru
23:21 / 12 Sentyabr 2025

Mehdiabadda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Mehdiabadda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
Eye

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakupost.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları yanıb.


Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.


Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.


***

21:23

Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzillərin birində yanğın başlayıb.


Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar