Ru
12:30 / 18 Avqust 2026

General oğlu vəzifəsindən azad edildi

General oğlu vəzifəsindən azad edildi
Eye

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsində Penitensiar xidmət rəisinin köməkçisi Rauf Qasımzadə vəzifəsindən azad edilib.

"Bakupost" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin əmri ilə Qasımzadə öz arzusu ilə ədliyyə orqanlarında xidmətini yekunlaşdırıb.

Qeyd edək ki, Rauf Qasımzadənin atası general-mayor Aydın Qasımov uzun illər eyni orqanda yüksək vəzifələrdə çalışıb. O, uzun müddət ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi və məhkəmə qərarlarının icrası baş idarəsinin rəisi işləyib. R.Qasımzadə özü isə 2 il əvvəl ədliyyə nazirinin müavini - penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun köməkçisi təyin edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar