Ru
23:30 / 16 Oktyabr 2026

Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”

Gerasimov Putinə məruzə etdi: “Ukraynada 100-ə yaxın yaşayış məntəqəsi nəzarətə götürülüb”
Eye

Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qruplaşması Ukraynanın Donetsk vilayətində yerləşən Dobropolye şəhərini nəzarətə götürüb.

"Bakupost" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinin iştirakı ilə keçirilən müşavirədə bildirib.

Valeri Gerasimovun sözlərinə görə, sentyabrın 1-dən bəri Rusiya-Ukrayna münaqişəsi zonasında 92 yaşayış məntəqəsi və 1.8 min kvadrat kilometrdən çox ərazi Rusiya ordusunun nəzarətinə keçib.

Baş Qərargah rəisi dəqiqləşdirib ki, sentyabrın əvvəlindən bu yana təkcə Donetsk vilayətində 23 yaşayış məntəqəsi və təxminən 500 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar