“Google” süni intellekt məhsulları ailəsini üç yeni “Gemini” modeli ilə genişləndirib.
“BakuPost” xəbər verir ki, şirkətin təqdim etdiyi “Gemini 3.6 Flash” modeli əvvəlki versiya ilə müqayisədə 17% daha az token istifadə edir. Bu isə süni intellekt tətbiqlərinin işləmə xərclərini azaltmağa və cavab sürətini artırmağa imkan verir.
Şirkət eyni zamanda yüksək həcmli əməliyyatlar üçün nəzərdə tutulan “Gemini 3.5 Flash-Lite” və kibertəhlükəsizlik sahəsinə yönəlmiş “Gemini 3.5 Flash Cyber” modellərini də təqdim edib.
“Google” bildirib ki, yeni modellər süni intellekt tətbiqlərini daha səmərəli və daha aşağı xərclə işlətmək məqsədi daşıyır. Bundan əlavə, “Gemini 3.5 Flash Cyber” ilkin mərhələdə yalnız dövlət qurumları və etibarlı tərəfdaşların istifadəsinə veriləcək.
Vüsalə Hüseynova,
BakuPost