Ru
11:27 / 09 Aprel 2026

Göyərti də bahalaşdı - QİYMƏT

Göyərti də bahalaşdı - QİYMƏT
Eye

Yazın gəlişi ilə birlikdə təbiətin bəxş etdiyi faydalı bitkilər piştaxtalarda öz yerini alıb. Qulançardan tutmuş cincilimə qədər bir çox göyərtilər insanların maraq dairəsindədir.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, satıcılar asan tapılan və yığılması rahat olan məhsulların daha ucuz qiymətə satıldığını bildiriblər.

"Qulançarın dəstəsi 3-4 manat, giciktən 0.20 manat, cincilimin dəstəsi 1 manat, sündürük kilosu 7 manat, rukkola kilosu 10 manat, şomunun kilosu isə 3 manata təklif olunur. Bu bitkilər dərman kimi istifadə olunmaqla yanaşı, qutab, qazan yeməkləri və turşularda da istifadə olunur".

Bu göyərtilərin toplanması ilə məşğul olan şəxslərin sözlərinə görə, onların yığılması onlara çətin hava şəraitində və saatlarla başa gəlir:

"Hər bitki bir yerdə olur. Onları çətinliklə yığırıq, təmizləyirik. Bu il hava da yağıntılı keçdi. İşimiz göründüyü qədər asan deyil".

Qeyd edək ki, may ayının sonundan qiymətlərin ucuzlaşması gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar