İtaliyada baş verən gözlənilməz hadisə hava limanında sərnişinlərin saatlarla gözləməsinə səbəb olub.
"Bakupost" xəbər verir ki, Ryanair aviaşirkətinin Milan–Alikante reysi təyyarənin sərnişin salonunda çox sayda ağcaqanad aşkarlanması səbəbindən təxminən 3 saat gecikmə ilə həyata keçirilib.
Gigiyena tələblərinə görə bütün sərnişinlər təyyarədən endirilib. Ağcaqanad allergiyası olduğunu bildirən sərnişinlərdən birinin vəziyyəti də nəzərə alınaraq, sərnişinlər başqa təyyarəyə köçürülüblər.