Cənubi Koreyanın Seul Milli Universitetinin alimləri gözün tor qişasının görüntülərini analiz edən süni intellekt sistemi hazırlayıblar. Sistem təxminən 30 min görüntü əsasında öyrədilib.
“Bakupost” xəbər verir ki, süni intellekt insanların yaşını orta hesabla 2,5–2,7 il xəta payı ilə təxmin edə bilib. Araşdırmada gözün tor qişasının bioloji yaşındakı fərqin bəzi xəstəliklər və həyat tərzi amilləri ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Məlumata görə, diabet xəstələrinin gözün tor qişası orta hesabla 2,5-2 il daha yaşlı görünüb. Siqaret istifadəsinin bu göstəricini təxminən 0,5 il, yaşa bağlı sarı nöqtə xəstəliyinin isə 0,6 il artırdığı bildirilib.
Alimlər hesab edirlər ki, gözün tor qişasındakı damar quruluşunun beyin və ürək-damar sistemi ilə əlaqəsi bu texnologiyanın gələcəkdə bəzi sağlamlıq risklərinin erkən müəyyənləşdirilməsində istifadəsinə imkan verə bilər.
Vüsalə Hüseynova,
BakuPost