Ru
10:46 / 11 Noyabr 2021

Güclü külək bu məktəblərə ziyan vurdu

1775
Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtın bəzi ümumi təhsil məktəblərinin (39, 113,167, 173, 186, 204, 260, 265, 298, 314, 319) dam örtüyü, pəncərə, fasad və hasarlarında bir sıra fəsadlar yaranıb, ağacların aşması, budaqların qırılması və xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Bakupost.az -ın məlumatına görə, Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib ki, müvafiq mütəxəssislər məktəblərdə olub, ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd olunub ki, hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər