Ru
22:23 / 09 İyun 2026

Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı - Foto

Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı - Foto
Eye

Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib.


Bakupost.az xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində kəndə gedən əsas yol bağlanıb.

Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Rayonun icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Laza kəndinə sakinlərin və nəqliyyat vasitələrinin gediş-gəlişi alternativ yol vasitəsilə təmin olunub.

Hazırda çay yatağında məcratənzimləmə işləri icra edilir, eyni zamanda, dağılan yolun bərpası üçün əraziyə ağır texnika cəlb olunub.

Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı - Foto
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar