Ru
09:11 / 17 May 2026

Güclü yağış yağır

Güclü yağış yağır
Eye

Bakıda və ölkənin əksər bölgələrində hava şəraiti kəskin dəyişib. 

“Bakupost” xəbər verir ki, hazırda paytaxtda və bir sıra rayonlarda güclü küləklə müşayiət olunan yağışlı hava hökm sürür.

Küləkli və yağıntılı hava xüsusilə Bakı və Abşeron yarımadasında daha çox hiss olunur. Bəzi ərazilərdə intensiv yağış səbəbindən küçə və prospektlərdə su yığılması müşahidə edilir, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bir gün əvvəl Milli Hidrometeorologiya Xidməti tərəfindən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilmişdi.
Proqnozlara əsasən, sabahdan etibarən havanın tədricən stabilləşəcəyi, yağışın səngiyəcəyi gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar