Ru
16:37 / 25 İyun 2026

Gül kələmi aparan yük maşınından marixuana çıxdı - VİDEO

Gül kələmi aparan yük maşınından marixuana çıxdı - VİDEO
Eye

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Bakupost.az-a Dövlət Gömrük Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə gül kələmi” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar