Ru
10:09 / 10 Dekabr 2025

Gümüşdən tarixi rekord – Bir gündə iki dəfə bahalaşma

Gümüşdən tarixi rekord – Bir gündə iki dəfə bahalaşma
Eye

Gümüşün unsiyasının qiyməti tarixdə ilk dəfə 60 dollar həddini aşaraq rekord səviyyəyə qalxıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, bahalaşma səbəb ABŞ Federal Ehtiyat Sisteminin (Fed) əlavə faiz endiriminə gedəcəyi hesab olunur. Bundan başqa bazarda təklif çatışmazlığının davam edəcəyi yönündə gözləntilər də qiymətə təsir edib.

Ağ metalda son günlər müşahidə olunan sürətli artım əsasən FED-in 9–10 dekabr iclasında faizləri dörddə bir bənd azaltacağına dair güclü gözləntilərdən qaynaqlanır.

Səhmdarlar FED-in 2025 boyunca əlavə yumşalmaya hansı həcmdə gedəcəyinə dair ehtiyatlı qalsalar da, bu gün qəti hesab edilən faiz endirimi gümüşün qiymətinə dəstək göstərməyə davam edir.

Nyu-York vaxtı ilə saat 11:44-də gümüşün qiyməti 4%-dən artaraq 60,45 dollar olub, daha sonra yenidən 0,6 faiz bahalaşaraq 61,46 dollara çatıb. Hazırda gümüşün qiyməti 61,06 dollardır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar