Ru
10:32 / 15 İyul 2026

Gündə nə qədər şokolad yemək olar?

Gündə nə qədər şokolad yemək olar?
Eye

Şokolad bir çox insanın sevimli qidalarından biridir.

Bəs onu hər gün yemək olarmı və təhlükəsiz norma nə qədərdir?

"Bakupost" Medicina.az-a istinadən xəbər verir ki, sağlam yetkin insanlar üçün gündə 2-4 tikə (10-20 qram) tünd şokolad qəbul etmək normal hesab olunur. Tərkibində ən azı 70 faiz kakao olan tünd şokolad daha az şəkər ehtiva etdiyi üçün daha faydalı seçim sayılır.

Südlü və ağ şokolad isə daha çox şəkər ehtiva etdiyindən, onların gündəlik miqdarı 2 kiçik tikə ilə məhdudlaşdırılmalıdır.

Mütəxəssislər bildirirlər ki, diabet, artıq çəki, mədə qıcqırması və miqren kimi problemləri olan şəxslər şokoladı daha ehtiyatla qəbul etməlidirlər. Belə hallarda gündə 1-2 tikədən artıq yeməmək və həkimlə məsləhətləşmək tövsiyə olunur.

Həkimlər vurğulayırlar ki, şokolad sağlam qidalanmanın bir hissəsi ola bilər. Bunun üçün onu normadan artıq istehlak etməmək və şəkərli desert əvəzinə kiçik porsiya tünd şokolada üstünlük vermək kifayətdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar