Ru
21:38 / 13 Avqust 2025

Gürcüstan Azərbaycandan 10 dəfə, Ermənistan 6 dəfə öndə?..

Gürcüstan Azərbaycandan 10 dəfə, Ermənistan 6 dəfə öndə?..
Eye

Bu ilin, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir.

Bakupost.az xəbər verir ki bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, möhtəşəm qələbə qazanan, separatizmi məhv edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran yeganə postsovet ölkəsi olan Azərbaycanın iqtisadiyyatı belə olmamalıdır:

“Hökumətin bacarıqsız iqtisadi komandası iqtisadyyatdakı problemləri görmür, görmək istəmir, ciddi islahatlardan qaçır, nəticədə iqtisadi aktivlik zəifləyir, insanların real gəlirləri azalır, inflyasiya, qiymətlər isə kəskin artır. ÜDM-in 0,9% artımı, əslində, ressesiyadır, belə artım olmur, 0,9% inflyasiyanın gətirdiyi multiplikativ effekdir.

Bu xalq belə iqtisadi mənzərəyə, bu gedişata layiq deyil”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar