Ru
11:33 / 22 Avqust 2025

Gürcüstan Ermənistanın qazını KƏSDİ

Gürcüstan Ermənistanın qazını KƏSDİ
Eye

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.

Bakupost.az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə "Qazprom Ermənistan" şirkətindən məlumat verilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar