Ru
16:59 / 25 İyul 2026

Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı

Gürcüstanda enerji böhranı:  Bakı-Tbilisi qatarı da yolda qaldı
Eye

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmiryolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

ADY-dən o da bildirilib ki, qatarların qrafikində dəyişiklik edilməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar