Son üç gündə Tiflisdə 60 etirazçı həbs edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin mitinq və nümayişlərin keçirilməsi qaydalarını pozduğu bildirilib.
Patrul polisinin qanunsuz hərəkətlərdən çəkinməyə çağırışlarına baxmayaraq, etirazçılar yolu bağlayıb, nəqliyyatın hərəkətinə mane olublar.
Xatırladaq ki, oktyabrın 17-dən Gürcüstanda mitinqlərin keçirilməsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.
Nümayiş zamanı yolu qanunsuz bağlamaq 15 sutka inzibati həbslə cəzalandırılır.
Asena,
BakuPost