Ru
09:27 / 08 Avqust 2026

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə... – Rəsmi Bakı

Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə...  – Rəsmi Bakı
Eye

Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.

"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Vurğulanıb ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:

"Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar