Ru
11:20 / 25 Avqust 2026

“Hadrut fatehi”nin də xanımı tələbə oldu

“Hadrut fatehi”nin də xanımı tələbə oldu
Eye

Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri və baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyat yoldaşı Fatimə İsmayılova da tələbə adını qazanıb.

"Bakupost" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhid xanımı özü məlumat verib.

Fatimə İsmayılova Odlar Yurdu Universitetində “Turizm işinin təşkili” ixtisasına qəbul olunub.

Qeyd edək ki, “Hadrut fatehi” Camal İsmayılov 2020-ci il oktyabrın 21-i Laçın dəhlizinə nəzarəti ələ almaq üçün gedən döyüşlərdə şəhid olub. O, şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Körpəsinin üzünü görmək ona qismət olmasa da, son vəsiyyəti oğluna Alparslan adının qoyulması olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar