Ru
20:32 / 16 İyun 2026

Hakan Fidan Moskvada Putinin köməkçiləri ilə görüşdü

Hakan Fidan Moskvada Putinin köməkçiləri ilə görüşdü
Eye

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada bir sıra görüşlər keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, H. Fidan Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.

H. Fidan səfər çərçivəsində Putinin digər müşaviri İqor Levitinlə də bir araya gəlib.

Moskvada keçirilən görüşlər Türkiyə xarici işlər nazirinin Rusiyadakı diplomatik təmaslarının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar