Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb.
Aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində bildirib ki, sənətçi bu səbəbdən proqrama qatıla bilməyib.
Bakupost.az -ın əməkdaşı məsələ ilə bağlı Cavan Zeynallı ilə əlaqə saxlayaraq onun son durumunu öyrənib.
Sənətçi açıqlamasında bildirib ki, səhhəti hazırda yaxşıdır:
“"Space" kanalından məni çağırmışdılar. Səhər tezdən xeyli maşın gözlədim. Bu istilərdə hərəkət etmək çox çətindir, maşın tapılmır. Nəhayət, getdim, orada 3 saat mahnı oxudum, piano çaldım. Axşam saat 5-ə yaxın artıq çox yorulmuşdum. Bu vaxt “Xəzər”dən zəng etdilər ki, gəlin. Dedim ki, artıq çox yorulmuşam, gələ bilmirəm.
İndi isə evdəyəm, dincəlmişəm, yaxşıyam”.
Lalə Novruz,
BakuPost