Ru
22:19 / 19 Sentyabr 2025

Hamı elə bildi, dəli olmuşam - Məşhur aktyor

Hamı elə bildi, dəli olmuşam - Məşhur aktyor
Eye

79 yaşlı Hollivud ulduzu Silvestr Stallone əfsanəvi “Rembo” silsiləsinin davamı ilə bağlı şəxsi ideyasını bölüşüb.

Bakupost.az Tribunainfo.az-a istinadla xəbər verir ki, o, bu məqsədlə süni intellektdən istifadə etməyi planlaşdırdığını deyib.

“Variety”nin məlumatına görə, Stallone müasir texnologiyalar vasitəsilə təcrübə aparmaq istədiyini bildirib. Onun fikrinə görə, süni intellekt sayəsində gənc yaşına — 18 yaşındakı Rembo obrazına — qayıtmaq mümkün ola bilər.

“Hamı elə düşündü ki, mən dəli olmuşam. Süni intellekt o qədər inkişaf edib ki, Sayqon küçələrində 18 yaşlı Con Rembo obrazını görmək olar. Əsasən eyni simadan istifadə ediləcəkdi. Ona görə bu, heç də şişirtmə deyil”, deyə aktyor vurğulayıb.

Stallonenin ideyası reallaşmasa da, “Rembo” silsiləsi davam etdiriləcək. Yeni filmdə baş rolu 29 yaşlı Noy Sentineo ifa edəcək. O, “Bütün oğlanlara ki, əvvəllər aşiq olmuşam”, “Çarlinin mələkləri”, “Qara Adam” filmlərində və Netflix-in “Şantaj” serialında çəkilib.

Filmin süjeti gənc Con Rambonun həyatı və Vyetnam müharibəsi ətrafında qurulacaq.

Aktyor bildirib ki, yeni aktyor üçün bu rola uyğunlaşmaq çətin olacaq:

“Bu, çox, çox çətindir. O, əla oynaya bilər, amma… Orijinal hamının xoşuna gəlir və sən daim həmin gözləntilərlə və qərəzlə mübarizə aparırsan”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar