Ru
13:46 / 14 Avqust 2026

Hamilə qadın təcili yardım maşınında doğuş etdi - FOTO

Hamilə qadın təcili yardım maşınında doğuş etdi - FOTO
Eye

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən "Bakupost"a verilən məlumata görə, hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən operativ müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib. Yenidoğulmuşun çəkisi 3,5 kq., boyu 53 sm. olub.

Zahı qadın və yenidoğulmuş (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda ana və körpənin vəziyyəti stabildir.







Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar