Hollivudun bütün dövrlərin ən əfsanəvi ulduzlarından biri olan Merilin Monro 1 iyun 1926-cı ildə ABŞ-nin Los-Anceles şəhərində anadan olub. O, 4 avqust 1962-ci ildə elə həmin şəhərdə vəfat edib.
Aktrisa evində ölü tapılıb. Onun həddindən artıq narkotik maddə istifadəsindən həyatını itirdiyi ehtimal edilir.
Bu il Merilin Monronun 100 illik yubileyi müxtəlif tədbirlərlə qeyd olunur. Dünyanın fərqli yerlərində onun xatirəsinə həsr olunan proqramlar təşkil edilir.
Kaliforniyanın Palm Sprinqs kurort şəhərində də xüsusi tədbir keçirilib. Yüzlərlə kişi və qadın Merilin Monro geyimində toplaşıb.
Onlar ikonik ulduzun heykəlinin qarşısına gələrək rekord qırmağa çalışıblar.
Bahar Babaşova, BakuPost