Ru
13:53 / 14 Sentyabr 2026

“Hamının səlahiyyəti var amma heç kim məsuliyyət daşımaq istəmir”

“Hamının səlahiyyəti var amma heç kim məsuliyyət daşımaq istəmir”
Eye

“Bakıda tıxac probleminin fundamental həll edilməsi lazımdır, kosmetik tədbirlər heç nəyi dəyişməyəcək – ictimai nəqliyyat əlçatan olmalıdır, tez və konfortlu xidmət göstərməlidir”.

"Bakupost” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Bakı pərakəndə idarə edilir:

“Bakının yükü azaldılmalıdır, yol infrastruktutu yaxşılaşdırılmalıdır, ümumiyyətlə, seçkili Bakı Böyük Şəhər Bələdiyyəsi və şəhər hökuməti formalaşdırılmalıdır ki, səlahiyyət və məsuliyyətin eyni ünvanı olsun. Bu gün Bakı pərakəndə idarə edilir, hamının səlahiyyəti var – amma, heç kim məsuliyyət daşımaq istəmir.

İndi də təklif edilir ki, Bakıda çevik iş saatları tədbiq edilsin – ilk baxışdan məntiqli görünsə də, işlək olması çətindir. Əvvəla, bunu ancaq dövlət-büdcə təşkilatlarında etmək olar – özəl sektora bunu əmr etmək mümkün və doğru deyil, hə, iri özəl banklarda, holdinqlərdə mümkün ola bilər, amma, siz kiçik dükan, kafe, restoranlarda əmrlə bunu edə bilməzsiniz.

Gələk indi məsələnin doğura biləcəyi problemlərə, işləyən valideynlər məktəblər saat 8 də başladığı üçün uşaqlarını məktəbə qoyub, sonra işə gedirlər. Yaxşı, məsələn, valideynə dedilər ki, iş saat 07:00-də başlayacaq, ya da, 10:00-da o zaman o nə etsin? Ölkədə “SchoolBus” sistemi yoxdur ki, uşaqlar məktəbə gedib-gələ bilsinlər, və ya, heç də həmişə evə yaxın yerdə məktəblərdə yer tapmaq olmur. O zaman valideyn nə etsin?!

Yəni, iş qrafiki məsələsini həssas və nöqtəli təyin etmək lazım gələcək və bu da tıxac və ictimai nəqliyyatdakı sıxlıq problemini aradan qaldıran amil olmayacaq. Xülasə, bizdə “məktəbbas” (avtobus) yoxdur, amma, “basabas” həmişə var, hətta, bir çox səlahiyyəti olan qurumlarda problemləri həll etmək əvəzinə, “əşşşşi bas getsin, düzələr”, prinsipi də geniş yayılıb..”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar