Məşhur türkiyəli aktrisa Hande Erçel nüfuzlu Kann Film Festivalında nümayiş etdirdiyi geyimi ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
Bakupost.az xəbər verir ki, aktrisa qırmızı xalça üzərində azərbaycanlı dizayner Günel Babayevanın təsisçisi olduğu məşhur "Sophie Couture" moda evinə aid xüsusi libasda boy göstərib.


