Ru
11:12 / 23 May 2026

Harri Kasparov beynəlxalq axtarışa verildi

Harri Kasparov beynəlxalq axtarışa verildi
Eye

Rusiya tanınmış şahmatçı Harri Kasparovu beynəlxalq axtarışa verib.


Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə onunla bağlı cinayət işi üzrə istintaqın gedişində müstəntiqlər qərar veriblər.

Qeyd edək ki, Harri Kasparov barədində ötən ilin dekabr ayında Rusiyada terrorizmə haqq qazandırmaq ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Rusiyada “xarici agent” kimi tanınan, həmçinin terrorçular və ekstremistlər reyestrinə daxil edilən Kasparova qarşı ittiham irəli sürülüb. O, Rusiya Cinayət Məcəlləsi üzrə informasiya-telekommunikasiya şəbəkələrindən, o cümlədən internetdən istifadə etməklə terrorizmə açıq şəkildə haqq qazandırmaqda və ona çağırışlar etməklə ittiham olunur.

Əlavə edək ki, Harri Kasparov uzun illərdir Rusiyadan kənarda yaşayır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar