Ru
16:04 / 13 İyun 2026

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Hava limanları özəlləşdirilir:  Kim qazanacaq?
Eye

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər.

Bakupost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.

Sənəddə vurğulanır ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.

ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Bakupost.az-a bildirib ki, sözügedən addım ilk növbədə büdcəyə qənaət etmək baxımından vacibdir:

“Azərbycanda regionlarda tikilən hava yollarının böyük əksəriyyəti boşdur. Bu aeroportlar Azərbaycan iqtisadiyyatına heç bir xeyir vermir. Əksinə, onların saxlanılmasına büdcədən əlavə vəsaitlər ayrılır”.

Həmsöhbətimiz hesab edir ki, hava limanları xarici şirkətlərə simvolik məbləğdə icarəyə verilməlidir:

“Bu hava limanlarını özəl şirkətlər böyük məbləğə icarəyə götürməyəcək. Ona görə də bu kimi obyektlər xarici şirkətlərə simvolik məbləğlə icarəyə verilməlidir”.

Ekspertin sözlərinə görə, bu həm büdcədən aeroportların saxlanılmasına xərclənən vəsaitə qənaət etməyə, həm də regionlara daha çox turistin gəlməsi və bilet qiymətlərinin tənzimlənməsinə səbəb ola bilər:

“Regionlardakı hava limanlarımızda daha ucuz reyslər olacaqsa, hətta insanlar Bakıdan belə həmin yerlərə gedərək, heç olmasa bir gün orada qalmaqla bölgə iqtisadiyyatının inkişafına da yardımçı olacaqlar. Bu nöqteyi-nəzərdən atılan addım həm daxili, həm də xarici turizmin inkşafını kifayət qədər sürətləndirəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar