Ru
20:04 / 22 Oktyabr 2026

Hazırdır: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı eskizləri müzakirəyə çıxarır

Hazırdır: Ermənistan Zəngəzur dəhlizi ilə bağlı eskizləri  müzakirəyə çıxarır
Eye

TRIPP marşrutunun (Zəngəzur dəhlizi) əsas infrastrukturunun (magistral, dəmir yolu, elektrik xətləri) eskizləri tezliklə ictimai müzakirəyə təqdim ediləcək və bundan sonra daha ətraflı layihələndirmə işlərinə başlanılacaq.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan hökumət iclasında Meğri bölgəsinə səfərinin nəticələrini müzakirə edərkən bildirib.

Baş nazirin müavinini Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan və Şəhərsalma Komitəsinin rəhbəri Yegiazar Vardanyan qatıldığı səfər zamanı hökumət üzvləri gələcək infrastrukturun (hazırda dəmir yolu, avtomobil yolu və elektrik xətləri) yeri ilə tanış olublar.

“Dəmir yolu marşrutu ilə bağlı hər şey aydındır, sadəcə olaraq konstruksiyaların (tunellərin və s.) vəziyyətini yenidən qiymətləndirmək lazım idi. Layihələndirmə işləri tezliklə başlayacaq. Elektrik xətləri ilə bağlı da çox şey aydındır.

Yol boyunca bəzi çətin keçilən hissələr olduğundan, yolla bağlı müzakirə ediləcək çox şey var. Yolun tranzit trafik üçün rəqabətli olması üçün bu məsələni həll etməliyik", - Baş nazirin müavini bildirib.

Ermənistan Baş nazirinin müavini izah edib ki, layihələndirmə işləri bu üç ərazidə TRIPP İnkişaf Şirkətinin (bu infrastrukturları idarə edəcək erməni-amerikan müəssisəsi) son formalaşmasını gözləmədən başlaya bilər. Bundan sonra bütün işlər şirkətə veriləcək.

Öz növbəsində, Xarici İşlər və Beynəlxalq Ticarət naziri Ararat Mirzoyan xatırladıb ki, TRIPP sazişi bir gün əvvəl parlamentin xarici əlaqələr üzrə daimi komitəsində müzakirə olunub və çox güman ki, bir həftə sonra Milli Məclisin plenar iclasında baxılacaq.

Onun sözlərinə görə, yuxarıda adı çəkilən erməni-amerikan şirkətinin yaradılması son mərhələdədir.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar