Ru
18:11 / 10 İyul 2026

Həbsdə olan sağçı Le Pen Fransada lideridir: Makron gedir?

Həbsdə olan sağçı Le Pen Fransada lideridir: Makron gedir?
Eye

Fransada keçirilən soğrunun nəticələrinə görə, Milli Birlik Partiyasının sədri Marin Le Pen liderdir.

Bakupost.az xəbər verir ki, Fransada Prezident seçkiləri bu həftə keçirilsəydi, Le Pen birinci turda səslərin 34%-dən 36%-ə qədərini toplaya bilərdi.

Qeyd edək ki, iyulun 7-də Paris Apelyasiya Məhkəməsi Marin Le Penin həbs cəzasını üç ilə endirib, onun da iki ili şərti cəza ilə cəzalandırılıb. Məhkəmənin bu qərarına əsasən Le Pen 2027-ci il seçkilərində iştirak etmək hüququ əldə edir.

Bildirilir ki, qərardan sonra siyasətçinin namizəd olacağını elan etməsi onun reytinqinə müsbət təsir göstərib.

Sorğunun nəticələrinə görə, mərkəz-sağçı Horizons partiyasının lideri və Fransanın keçmiş Baş naziri Eduard Filip isə ikinci yeri tutub.

Qeyd edək ki, Marin Le Pen bu ilin martın 31-də Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün nəzərdə tutulmuş vəsaiti mənimsəməkdə təqsirli bilinərək, dörd il müddətinə həbs cəzasına məhkum edilib və ona beş il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar