Fransanın sabiq prezidenti Nikola Sarkozi Parisdəki Sante həbsxanasından buraxıldıqan sonra evinə gəlib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, evdə Sarkozini ailə üzvləri ilə yanaşı, tərəfdarları da qarşılayıb.
Oktyabrın 21-də Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırmadan sonra Sante həbsxanasına salınıb. Siyasətçi həbs olunmazdan əvvəl son açıqlamasında qeyd edib ki, o günahsızdır.
Noyabrın 10-da Paris Apellyasiya Məhkəməsi sabiq Fransa liderinin vəkillərinin onun həbsdən azad edilməsi və məhkəmə nəzarəti altına alınması ilə bağlı vəsatətini təmin edib. Müraciətin şərtlərinə görə, onun Fransanı tərk etməsi qadağan olunacaq. Məhkəmə həmçinin sabiq prezidentin həbs-qətimkan tədbirinin də əsassız olduğunu bildirib.
Sarkozi həbsxana həyatını "yorucu və çox çətin" kimi qiymətləndirib.