Ru
18:55 / 04 İyun 2026

Həbsxanada özünə ad günü edən general - DOSYE

Həbsxanada özünə ad günü edən general - DOSYE
Eye

Hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun doğum günüdür. Generalın 61 yaşı tamam olur.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Rövşən Əkbərov artıq altıncı doğum gününü dəmir barmaqlıqlar arasında keçirir. 10 illik məhkum edilən generalın 4 il çəkilməmiş cəza müddəti qalıb.

Xatırladaq ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri vəzifələrində çalışıb. Xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən general sonradan 20 il əvvəl Ukraynada qətl törətdiyi üçün məhkum edilib.

2002-ci ildən general–leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub.

2020-ci ildə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

16 mart 2021-ci ildə həbs edilib.

Ailəlidir, dörd övladı var.

Şərhlər
  • Cəfərov Yadigar

    Öldürdüyü adamın yəqin günahı olufki öldürüf Rövşən Əkbərov bizdə 4cü korpusun kamkoruydu mən təxris olanda gözəl insanıydı görüşmüşük bir bir mən kəşfiyyatda olmuşam pakaznoydan sora bir bir biznən görüşdü hammıznan özdə batinka giyinmirdi səhra geyimiylə ayaqqabı giyinirdi ????????????????????❤️

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar