İranın xarici işlər naziri Abbas Əraqçi İslamabad Memorandumu ilə bağlı açıqlama yayıb.
Bakupost.az xəbər verir ki, baş diplomat rəsmi “X” hesabında tərəflər arasında tarixi sənədin imzalanmasına çox az vaxt qaldığını diqqətə çatdırıb:
“İslamabad Anlaşma Memorandumunun imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Sənəd tam yekunlaşana qədər medianı onun məzmunu ilə bağlı hər hansı fərziyyə və spekulyasiyalardan uzaq durmağa çağırırıq”.
Ətraflı
O, şəffaflıq prinsiplərinə sadiq qaldıqlarını bildirərək, memorandumun bütün rəsmi detallarının tezliklə tam şəkildə ictimaiyyətə açıqlanacağını vəd edib.