Ru
21:01 / 05 May 2026

“Həkim səhv müalicə etdi, belə oldum” - Natiq Fərzəliyev

“Həkim səhv müalicə etdi, belə oldum” - Natiq Fərzəliyev
Eye

Aktyor Natiq Fərzəliyev "Bir gün" verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.


Bakupost.az xəbər verir ki, sənətçi boyunun qısa olmasının səbəbindən danışıb.

O bildirib ki, uşaqlıq illərində yaşadığı qorxu onun sağlamlığına təsir edib.

Onun sözlərinə görə, 8 yaşında kənddə qorxudan sarılıq keçirib və daha sonra tətbiq edilən səhv müalicə nəticəsində fiziki inkişafı dayanıb.

Aktyor qeyd edib ki, 5-ci sinifdə olarkən Bakıya həkimə aparılıb və müalicə nəticəsində müəyyən qədər boy artımı müşahidə olunub. Daha sonra illər ərzində mütəmadi olaraq həkim nəzarətində qalıb, hətta Moskvada yerləşən məşhur tibb müəssisələrində də müalicə alıb. Bu proses nəticəsində onun boyu 1.45 metrə qədər yüksəlib.

Natiq Fərzəliyev etiraf edib ki, yeniyetməlik dövründə bu səbəbdən komplekslər yaşayıb və insanlardan uzaq durmağa çalışıb. Lakin sonradan ailəsinin dəstəyi ilə müxtəlif dərnəklərə qatılıb və həmyaşıdları ilə ünsiyyət qurmağa başlayıb. O bildirib ki, sinif yoldaşlarının sevgisi və dəstəyi bu çətin dövrdə ona böyük motivasiya verib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar