Ru
09:29 / 28 Sentyabr 2026

Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü

Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
Eye

Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü vəfat edib.

“Bakupost” xəbər verir ki, İsmayıl Məmmədov həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutma nəticəsində həyatını itirib.

Həkimlərin sözlərinə görə, İ.Məmmədov yol boyu ürəyində ağrı hiss etsə də, “Sizi xəstənin yanına çatdırım, mən birtəhər dözərəm” deyərək öz ağrısına baxmayaraq işini davam etdirib.

Həkimlər xəstəyə yardım göstərib aşağı düşdükdə isə İ. Məmmədovun sükan arxasında həyatını itirdiyini görüblər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar